Header ad

Vilayət başçısı: Bakı və Rəşt arasında birbaşa hava əlaqəsi açmaq lazımdır

İran Bakı və Rəşt arasında hava əlaqəsinin açılmasında maraqlıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə İranın Gilan vilayətinin başçısı Məhəmməd Əli Nəcəfi Bakıda keçirilən V Beynəlxalq İran Sərgisi çərçivəsində deyib.

Onun sözlərinə görə, bu, turizm sahəsində iki ölkə arasında əməkdaşlığı genişləndirməyə imkan verəcək: “Bakı və Rəşt arasında reysin açılmasında maraqlıyıq ki, bu da qarşılıqlı turist axınını artırmağa imkan verəcək. Ənzəli limanı ilə Bakının şəhərləri arasında dəniz turizminin inkişafı üçün potensial da var. Eyni zamanda, sürət qatarlarının köməkliyi ilə sərnişin daşımalarını da həyata keçirə bilərik”.

Şərh