Header ad

Üsyankar Səfir Arif Məmmədov-un son facebook statusu: İnanclı insanların müdafiəsinə həsr olunub

Azərbaycanda bir çoxları cəmiyyətimizin dünyavilik dəyərlərini özündə saxlamağın tərəfdarıdırlar. Bu məsələ ilə bağlı aşağıdakı fikirlərimi sizinlə paylaşmaq istərdim.

Yalnız dünyavilik prinsiplərinin tətbiqi cəmiyyətdə digərlərinin dini inanclarının məhdudlaşdırılması və ya tamamilə qadağan olunması hesabına olmamalıdır. Hər bir şəxsin dini inancı onunçün vacib və müqəddəsdir. Digər tərəfdən, dünyavilik prinsiplərinin süni şəkildə inkişaf etdirilməsi ilə demokratik dəyərlərin yayılması arasında heç bir əlaqə mövcud deyildir. Keçmiş SSRİ-nin bir çox ölkələri prinsip etibari ilə dünyavi bir cəmiyyət qursalar da demokratik bir sistem qura bilməyiblər. Livan, Tunis, Suriya və Misir kimi ölkələrdə dünyavilik dəyərlərinə əsaslanan rejimin dini inanclı insanları təzyiq altında saxlamalarının nələrə səbəb olduğu hamıya məlumdur.
Eyni zamanda, demokratik quruluşun ən vacib elementlərindən biri insanların ifadə və etiqat azadlıqlarıdır. Bir ölkədə azad seçki olduğu təqdirdə yuxarıda qeyd edilən elementlər pozulduqda həmin dövlət demokratik ola bilməz. Bu cür demokratiyaya “komuflyaj demokratiya” deyilir.
Davamlı demokratiya yalnız insanların etnik mənsubiyyətindən və dini inanclarından asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquq verən liberal demokratiyadır. Mən əminəm ki, inanclı insanların hüquqlarının müdafiəsi də həm ölkənin və həm də cəmiyyətin davamlı stabilliyinin təminatıdır.

Azərbaycandakı bununla bağlı mövcud olan problemləri nəzərə alaraq düşünürəm ki, Dini Liderlərin Şurası müstəqil bir institut kimi yaradılsın və bu qurum mütəmadi olaraq hökümətlə konstruktiv dialoq şəraitində fəaliyyət göstərsin.

Şərh