Header ad

Türkiyə Suriyada İŞİD-lə müharibəyə hazırlaşır

Türkiyə Suriya ərazisində İŞİD terror təşkilatına qarşı geniş hərbi hava əməliyyatı keçirməyə hazırlaşır.
Virtualaz.org bildirir ki, bu barədə “A Haber” telekanalı məlumat yayıb.
Bundan başqa, Türkiyə Silahlı Qüvvələri Suriyada İŞİD silahlılarına qarşı yerüstü əməliyyatlar keçirməyi planlaşdırır.
Yerüstü əməliyyatlarda 20 min türkiyəli hərbçinin iştirak edəcəyi gözlənilir.
Xatırladaq ki, rəsmi Ankara dəfələrlə bəyan edib ki, İŞİD region, o cümlədən Türkiyə üçün real təhlükədir.

 

Şərh