Header ad

Turizmlə varlanan ölkələr

ABŞ-da dünyanın ən varlı ölkələrinin reytinqi dərc olunub.
 
Avropa info saytı xəbər verir ki, ekspertlər reytinqi hesablayarkən ölkə ÜDM-i, məşğulluq dərəcəsi, orta ömrün uzunluğu, internetlə təmin olunma, ixracat və idxalat, dövlət xərcləri detallarını nəzərə alıblar.
Siyahıda ilk yerdə Qətər, ikinci yerdə Çinin tabeçiliyində olan Makao adası, üçüncü yerdə Küveyt gəlir.
İlk onluğa isə Sinqapur, Bruney, Bermud adaları, BƏƏ, Norveç, İsveçrə, Lüksemburq daxil ola bilib. Maraqlıdır ki, ABŞ 12-ci, Almaniya 15-ci, Fransa 25-ci yerdədir.
Bir çox Qərbi Avropa ölkəsi balanslaşdırılmış, açıq  iqtisadiyyatları olduğu üçün siyahıya daxil ola biliblər. Digər dövlətlər isə yüksək ixtisaslaşmış iqtisadiyyatına görə siyahıda yer alıblar. Qeyd olunur ki, Makao, Bermud kimi ölkələr turistləri cəlb edərək varlanır.
Siyahı:
1.Qətər
2.Makao
3.Küveyt
4.Sinqapur
5.Bruney
6.Bermud adaları
7.BƏƏ
8.Norveç
9.İsveçrə
10.Lüksemburq
11.Honq-Konq
12.ABŞ
13.Səuidiyyə Ərəbistanı
14.Hollandiya
15.Almaniya
16.İsveç
17.Danimarka
18.Avstriya
19.Kanada
20.Belçika
21.Avstraliya
22.İslandiya
23.İrlandiya
24.Finlandiya
25.Fransa

 

Şərh