Header ad

Siyasi məhbusların yenilənmiş siyahısı hazırlanır

Azərbaycanın bəzi hüquq müdafiə qurumları və vəkilləri siyasi məhbus sayılan şəxslərin yenilənmiş siyahısını hazırlayır. Siyahı dekabr ayında açıqlanacaq.

Transparency.az bildirir ki, hazırda siyahıda 79 nəfərin adı var.

Siyahının jurnalistlər və bloqçular bölümündə 12 nəfərin adı yer alır: Əbdül Əbilov, Nicat Əliyev, Pərviz Həşimli, Xədicə Ismayıl, Seymur Həzi, Araz Quliyev, Fərəc Kərimov, Hilal Məmmədov, Ömər Məmmədov, Rauf Mirqədirov, Rəşad Ramazanov, Tofiq Yaqublu.

Hüquq müdafiəçilərindən 7 nəfər həbsdədir: Anar Məmmədli, Əliabbas Rüstəmov, Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərov, Intiqam Əliyev, Taleh Xasməmmədov.

Siyahıya görə, 4 gənc fəal siyasi məhbus sayılır: Rəşadət Axundov, Məmməd Əzizov, Rəşad Həsənov, Ilkin Rüstəmzadə.

Müxalif siyasətçilərdən 5 nəfərin adı siyasi məhbus siyahısına salınıb: Ilqar Məmmədov, Yadigar Sadıqov, Asif Yusifov, Qadir Xudabaxşıyev, Elvin Abdullayev.

Siyahının keçmiş dövlət məmurları bölümünə 5 nəfər daxildir: Əli Insanov, Nicat Quliyev, Asif Lətifov, Akif Muradverdiyev, Nemət Pənahlı.

Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsi üzvlərinin işi üzrə 3 nəfər siyasi məhbus sayılır: Elçin Əmiraslanov, Arif Kazımov, Səfa Poladov.

1 nəfər 2013-cü ilin Ismayıllı etirazlarına görə həbs edilib: Vasif Ibrahimov.

Siyahının siyasi girovlar bölümünə 4 nəfərin adı salınıb: Elnur Seyidov, Sirac Kərimli, Murad Adilov, Mübariz Abdullayev.

Inanclı fəallardan isə hazırda 38 şəxsin siyasi motivlərlə həbsdə saxlandığı bildirilir. Onların arasında Islam Partiyasının lideri Mövsüm Səmədov, ilahiyyatçı Abgül Süleymanov da var.

Şərh