Header ad

Rusiya və Səudiyyə Ərəbistan arasında 10 milyard dollarlıq silah anlaşması

Rusiyanın Səudiyyə Ərəbistanına 10 mlrd dollar dəyərində silah-sursatın tədarükünə dair sazişlər paketi hazırlanır. Sazişlərin Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül Əziz Əl Saudun Moskvaya gözlənilən rəsmi səfəri zamanı imzalanacağı gözlənilir. Bu barədə “Vedomosti” nəşrinə “Rostex” və “Rosoboroneksport”dakı mənbələr bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bundan əvvəl kralın Rusiyaya səfəri ilə bağlı diplomatik kanallarla danışıqlar davam edir.

“Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül Əziz Əl Saud noyabrın sonunda Moskvaya səfər edəcəyi gözlənilir. Onun mümkün səfəri ilə əlaqədar olaraq Səudiyyə Ərəbistanına 10 mlrd dollar dəyərində silah-sursatın tədarükünə dair sazişlər paketi hazırlanır”, deyə məlumatda qeyd olunur.

Şərh