Header ad

REAL hansı AXCP-nin yanındadır?

Ədliyyə Nazirliyi AXCP – nin 27 sentyabrda keçirdiyi qurultay sənədlərini geri qaytarıb.

Buna səbəb partiyadan xaric olunan Razi Nurullayevin ətrafına bir qrup şəxs toplayaraq özünü AXCP elan etməsi və qurultay keçirərək özünü AXCP sahibi adlandırması olub. O Ədliyyə Nazirliyinə müraciət ünvanlayaraq AXCP sədri kimi özünün tanınmasını istəyib.
Maraqlıdır, ölkənin siyasi həyatında rol alan partiya və qurumlar demək olar ki, Əli Kərimlinin rəhbərlik etdiyi qurumu AXCP kimi tanıyır. Müsavat başqanı Arif Hacılı bir müddət öncə açıqlama verərək Əli Kərimlini AXCP sədri kimi tanıdıqlarını bildirib.

Moderator.az – a danışan REAL hərəkatının idarə heyətinin üzvü Natiq Cəfərli də Əli Kərimlini AXCP rəhbəri kimi tanıdıqlarını deyib:

“Biz Əli Kərimlini də Razi Nurullayevi də yaxşı tanıyırıq. REAL Ədliyyə Nazirliyinin çıxaracağı qərardan asılı olmayaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi Əli Kərimlini tanıyır. Mən şəxsən AXCP – nin keçirdiyi qurultayda iştirak etmişəm, bu da bir daha onu göstərir ki, biz AXCP olaraq hansı qurumu tanıyırıq”.

Şərh