Header ad

„Qaçmaqdan başqa çarəm qalmadı“

Müxalifətçi və ictimai-siyasi faəl Səməd Məmmədov ailəsi ilə birgə ölkəni tərk edib. Bu barədə məlumatı netxeber.com-a gəncin özü məlumat verib:

 

Sentyabr ayında Azərbaycanı tərk etmək məcburiyyətində qalan Səmədi ondan əvvəl ölümlə hədələyirdilər. Səməd qeyd edir ki, ona ən son xəbərdarlıq onun ad günündə yəni 31 iyulda olub. Polislər evlərinə gəlib ailəsinin qarşısında onu təhqir və təhdid ediblər. Lakin öz siyasi-fikirlərindən və vətəndaş mövqeyindən dönməyən Səmədi qarşıda daha böyük ciddi problemlər gözləyirdi.

Belə ki, sentyabr ayında ağır cinayətlər məhkəməsinin qarşısında polislər onu təxribata çəkmiş və həbs etməyə cəhd göstərmişdilər. Səməd Məmmədov deyir ki, artıq onun həbsinə rəsmi hazırlıq gedirdi və onun qaçmaqdan başqa yolu qalmamışdı.

Səməd Məmmədov hazırda Avropa ölkələrinin birində mühacirətdədir və özünü nisbətən təhlükəsiz hiss edir.

 

Şərh