Header ad

Putin Obama ilə razılaşdı

Ağ Ev ABŞ Prezidenti Obama və Rusiya lideri Vladimir Putin arasında baş tutan görüşlə bağlı məlumat yayıb.

Yarım saatdan çox çəkən görüşün konstruktiv keçdiyini deyən rəsmi Vaşinqton Suriya böhranının müzakirə edildiyini bildirib.

“Hər iki lider Suriyada atəşkəsin elan edilməsi və BMT-nın vasitəçiliyi ilə tərəflərin müzakirə masasına oturması barədə razılığa gəlib”, – deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, dünən Avstriyanın paytaxtı Vynada keçirilən Suriya müzakirəsində atəşkəs qərarı verilib.

ABŞ Dövlət katibi Con Kerri 6 ay ərzində Suriyada keçid hökumətinin yaradılacağı, 18 ay ərzində isə seçkilərin keçirilməsi ilə bağlı qərar verildiyini bildirib.

Vyana görüşündə iştirak edən 17 ölkə danışıqların nəticəsinə dair birgə bəyanat imzalayıb.

Kerri Əsədlə bağlı konkret nəticə olmadığını, ancaq növbəti ilin yanvar ayının 1-dən Suriya hökuməti və müxaliflər arasında siyasi dialoqun aparılması ilə bağlı təkliflə həmfikir olduğunu vurğulayıb.

100%;text-align:left;">

10px;font-size:22px;font-family:Times New Roman,Times,Georgia,serif;color:#000000;">Şərh

//netxeber.com/putin-obama-il%c9%99-razilasdi/" data-order-by="social" data-numposts="5" data-width="100%" style="display:block;">