Header ad

Pley-off mərhələsinin hakimləri açıqlandı

AVRO-2016-nın pley-off mərhələsinin iki matçının hakimləri açıqlanıb. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, qitə futbol qurumu iki matçın ədalət təmsilçilərinin adlarını açıqlayıb.

Seçmə mərhələdə Azərbaycan yığmasının yer aldığı qrupu 3-cü pillədə tamamlayan Norveç millisinin Macarıstanla ilk görüşü ingilis hakimlərə tapşırılıb. Noyabrın 12-də Oslonun “Ulleval” stadionunda baş tutacaq qarşılaşmada 40 yaşlı Mark Klattenburq fit çalacaq.

Noyabrın 13-də isə Bosniya və Herseqovina Zenitsa şəhərində İrlandiyanı qəbul edəcək. UEFA bu oyunu 40 yaşlı təcrübəli almaniyalı Feliks Brixə tapşırıb.

12 noyabr

23:45. Norveç – Macarıstan
Hakimlər: Mark Klattenburq, Simon Bek, Cek Kollin, Simon Bennett
Əlavə hakim köməkçilər: Kreyq Pouson, Conatan Moss (hamısı İngiltərə)
Hakim-inspektor: Vlado Sajn (Sloveniya)
UEFA nümayəndəsi: Aynar Leppanen (Estoniya)

13 noyabr

23:45. Bosniya və Herseqovina – İrlandiya
Hakimlər: Feliks Brix, Mark Borş, Stefan Lupp, Torsten Şiffner
Əlavə hakim köməkçilər: Marko Frits, Bastian Dankert (hamısı Almaniya)
Hakim-inspektor: Mark Batta (Fransa)
UEFA nümayəndəsi: Martin Sturkenbum (Hollandiya)

Qeyd edək ki, pley-off mərhələsinin digər matçlarında Ukrayna Sloveniyanı, İsveç isə Danimarkanı (14 noyabr) qəbul edəcək.

Şərh