Header ad

Parisdə terror aktı – 160 ölü! Girovların xilası əməliyyatı dəhşətlə bitdi! YENİLƏNİR

Parisdə öldürülən terroristlərin sayı 8-ə çatıb. Musavat.com fransız mediasına istinadən xəbər verir ki, onlardan 7-sinin özünü şəhid kəməri ilə partlatdığı ortaya çıxıb.
***
Frans Pressin yaydığı məlumata görə 200-ə yaxın yaralı var. Onlardan 80-nin vəziyyəti ağırdır. Parislilər evlərinə çəkiliblər, sosial şəbəkələrdə verilən elanlarda evi olmayan şəxslərə gecələmək üçün yardımlar təklif olunur.
***
Paris şəhər prokuroru Fransua Molens terror aktlarının şəhərin beş nöqtəsində törədildiyini deyib. Musavat.com xarici mediaya istinadən xəbər verir ki, prokuror əhalini ehtiyatlı olmağa çağırıb. Onun sözlərinə görə terrorçuların bir qismi məhv edilsə də, bir neçəsi qaçmağa nail olub və onlar yeni terror aktları törədə bilər.
***
Fransanın BFM telekanalı Parisdəki hadisələrlə bağlı daha bir dəhşətli rəqəm açıqlayıb. Telekanalın məlumatına görə, girovların saxlanıldığı Bataclan teatrına güc strukturlarının hücumu zamanı azı 100 nəfər ölüb.

***

Fransa və Almanıya futbol komandalarının qarşılaşması zamanı stadion yaxınlığında naməlum şəxslərin kalaşkinov tipli avtomat silahdan atəş açması nəticəsində 3 nəfər həlak olub. Bununla yanaşı bir barda da partlama. Partlama olan zaman Fransa prezidenti Fransua Ollandın da stadionda olduğu və partlamadan sonra ərazidən uzaqlaşdırıldığı xəbər verilir.

Partlayış nəticəsində 60-dan çox adamın həlak olduğu deyilir.

Bataclan adlı konsert salonunda 100 nəfərə yaxın adamın girov götürülüb, 35 nəfər isə öldürülüb.

Şərh