Header ad

Obama və Ərdoğan Antalyada görüşəcəklər

ABŞ prezidenti Barak Obama türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.

Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, danışıqlar Antalyada noyabrın 15-16-sı tarixində keçiriləcək G20 sammiti çərçivəsində aparılacaq. Bu barədə Ağ Evdəki mənbə bildirib.

Qeyd edək ki, Obama və Ərdoğan arasında telefon danışığı olmuşdu. Həmçinin, Ağ Ev başçısının Türkiyədə Rusiya prezidenti Vladimir Putinlə də hansısa formatda bir araya gələ biləcəyi haqda informasiya yayılmışdı.

Şərh