Header ad

Obama LGBT jurnalının üz qabığında (FOTO)

ABŞ prezidenti Barak Obama LGBT-nin “Out Magazine” jurnalının üz qabığına çəkilən ilk ABŞ prezidenti olub. Musavat.com xəbər verir ki, məlumatı CNN yayıb.

Məlumata görə, Amerika prezidenti LGBT cəmiyyətinin 100 ən məşhur üzvünə həsr olunmuş “Out100” buraxılışının üz qabığına çəkilib və “ilin müttəfiqi” adlandırılıb.

“Barak Obama OUT100-ün üz qabığında bizim üçün ilin müttəfiqidir”, – jurnalın Tvitter-ində yazılıb.

Xatırladaq ki, 2015-ci ilin iyununda ABŞ-ın Ali Məhkəməsi bütün ölkə ərazisində eynicinsli nikahların qanuniləşdirilməsi barədə qərar qəbul edib.

 

oba

Şərh