Header ad

Neftin qiyməti 44 dollardan aşağı düşdü

Londonda keçirilən hərraclarda Brent neftinin qiyməti bir barelə görə 44 dollardan aşağı düşüb.

Brent markalı neftin dekabr fyuçeslərinin qiyməti 0,32 dollar (0,73%) ucuzlaşaraq bir barelə görə 43,74 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin dekabr fyuçeslərinin qiyməti 1,12 dollar (2,68%) azalaraq 40,63 dollar olub.

 

Neft kotirovkaları ABŞ-da artmaqda olan kommersiya ehtiyatları barədə məlumatların yayılmasından sonra ucuzlaşır.

Həftənin əvvəlindən Brent 7,8%, WTI isə 8,3% ucuzlaşıb.

Şərh