Header ad

Neftin gələn ilki qiyməti açıqlandı

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” 2016-cı və 2017-ci illər üçün neftin qiymətləri ilə bağlı proqnozunu aşağı salıb.

Neft təklifi ilə tələbi arasındakı fərqin 2015-ci ilin ikinci rübündə 3 milyon barrel/gün olduğunu və bazarın 2016-cı ilin ikinci yarısına kimi tarazlığı ancaq bərpa edəcəyinin gözlənildiyini qeyd edən agentlik, buna görə də neftin qiymətlərindəki düzəlməni 1 il ertələyərək 2017-ci il olaraq təyin etdiklərini bildirib.

“Fitch Ratings” 2016-cı il üçün Avropanın neft göstəricisi olan “Brent” markalı neftinin orta qiymət təxminini 55 dollar/barrel, 2017-ci il üçün 65 dollar/barrel proqnozlaşdırır. Agentlik Qərbi Texas növü “Layt” markalı neft üçün isə 2016-cı il proqnozunu 50 dollar/barrel və 2017-ci il təxminini isə 60 dollar/barrel təyin edib.

“Brent” nefti üçün uzunmüddətli proqnozunu 75 dollar/barrelə endirən agentlik “Layt” ilə bağlı təxminini isə 70 dollar/barrel səviyyəsində saxlayıb.

Şərh