Header ad

Nazir kabinetində ola ola vəzifəsindən azad edildi

Əli Abbasov vəzifədən çıxarıldı. Bu haqda Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncamı olduğu kimi təqdim edirik: 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 noyabr 2015-ci il.”
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Müşfiq Əmirov xəbəri musavat.com-a təsdiqləyib. O, bildirib ki, nazir hazırda kabinetindədir. Yəqin ki, təhvil-təslimdən sonra gedər.
Şərh