Header ad

Naninin Ronaldo olmaq istəyir

“Fənərbağça”nın baş məşqçisi Viktor Pereyra ilə Naninin hansı səbəbə mübahisə etdiyi məlum olub.
Derbi.Az xəbər verir ki, oktyabrın 25-də “Fənərbağça”- “Qalatasaray” (1-1) derbisindən sonra paltardəyişmə otağında portuqaliyalı oyununu bəyənmədiyinə görə məşqçi ilə mübahisə edib. Bir neçə gün sonra Nani Pereyraya: “Hücuma çıxarkən bütün topların mənə atılmasını istəyirəm. Mən bu komandanın ulduzuyam. Hücumları mən nizamlamalıyam” deyə bildirib.
Təəccüblənən və əsəbiləşən portuqaliyalı mütəxəsis isə “Elə şey ola bilməz. Komandanı sənə uyğun olaraq idarə edə bilmərəm. Sən cinahdasan. Vəzifələrin bəllidir. Qaydalardan kənara çıxa bilməzsən” deyə qeyd edib.
Bundan sonra Nani “Ronaldo da cinahdadır, amma “Real Madrid”də komandanın mərkəzindədir. Bütün paslar ona atılır.Mən də “Fənərbağça”nın Ronaldosuyam. Məni ya onun kimi oynat, ya da oynatma” – deyə əsəbiləşib.
Şərh