Header ad

“Mən olmasaydım,Ronaldo heç kim idi”

“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin “Real”ın hücumçusu Kriştiano Ronaldo haqda maraqlı fikirlər səsləndirib.
Qol.Az-ın “goal.com”a istinadən verdiyi məlumata görə, Kin portuqaliyalı futbolçunun onun sayəsində hazırkı səviyyəyə çatdığını bildirib:
“Bəli, Ronaldonu bu səviyyəyə mən çatdırdım. Əgər mən olmasaydım, Ronaldo hazırda heç kim idi. Komandada hər bir futbolçu onunla fərqli ünsiyyət qururdu. Ancaq mən heç vaxt Ronaldonun üzərinə qışqırmamışam”.
Qeyd edək ki, Kin 2003-2005-ci illərdə Ronaldo ilə birgə “Mançester Yunayted”də çıxış edib.
Şərh