Header ad

Londonda terror həyacanı

Londonun Gatwick Hava Limanının şimal terminalında səhər saatlarında şübhəli bir paketin tapılmasından sonra hava limanı təhükəsizlik baxımından tamamilə boşaldılıb. Liman səlahiyyətliləri terminalda xüsusi əməliyyat keçirildiyini təsdiqləyiblər.

Hadisə şahidləri isə “Twitter” hesablarından polisin çantasında silah və ya əl bombası olan bir nəfəri tutduqunu yazıblar. Sosial şəbəkə istifadəçiləri terminalın qarşısında toplaşan minlərlə sərnişinin fotosunu da paylaşıblar.
İngiltərənin “Daily Mail” qəzeti də çantasında əl bombası olan bir nəfərin zirehli polislər tərəfindən tutulduğunu yazıb.

Şərh