Header ad

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Oktyabr ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,7 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,9 faiz bahalaşıb. Ümumilikdə oktyabrda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,8 faiz bahalaşıb.

Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Birillik bitkilərdən pomidorun, xiyarın, sarımsağın, badımcanın, soğanın, kartofun, şirin bibərin istehsalçı qiymətləri də bahalaşıb. Göy lobyanın istehsalçı qiyməti isə ucuzlaşıb. Digər birillik bitkilərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində çoxillik bitkilərdən heyvanın, narın, üzümün, armudun, qozun, almanın istehsalçı qiymətləri ucuzlaşıb, digərlərinin isə qiymətləri sabit qalıb. Heyvandarlıq məhsullarından yumurtanın, ev quşlarının, südün istehsalçı qiymətləri bahalaşıb, digərlərinin isə qiymətlərində ciddi dəyişikliklər müşahidə olunmayıb.

Şərh