Header ad

İsveç və Ukrayna qələbə qazandı

Bu gün “Avro-2016″nın “play-off” mərhələsinin daha iki oyunu keçiriləcək.

Qol.Az-ın məlumatına görə, günün ilk matçında Ukrayna millisi doğma azarkeşlər önündə Sloveniyanı qəbul edib.

Oyun 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Digər oyunda isə İsveç və Danimarka yığmaları münasibətlərinə aydınlıq gətirib. Bu qarşılaşma da ev sahibi komandanın qələbəsi ilə yekunlaşıb – 2:1.

14 noyabr

“Avro-2016”, “pley-off” mərhələsi

21:00. Ukrayna – Sloveniya – 2:0
Qollar:
Yarmolenko, 23 (1:0), Yevhen Seleznyov, 54 (2:0)

23:45. İsveç – Danimarka – 2:1
Qollar:
Forsberq, 45 (1:0), İbrahimoviç, 49-pen (2:0), Yorgensen, 82 (2:1)

Şərh