Header ad

İŞİD-in dünyaca məşhur başkəsəni öldürüldü

ABŞ bəyan edib ki, İŞİD-in əsas cəlladlarından biri, Cihadçı Con ləqəbli Məhəmməd Emvazi öldürülüb.
 
Avropa.info xəbər verir ki, bu haqda Pentaqon rəsmisi Piter Kuk açıqlama yayıb.
Kuk əməliyyatın dünən keçirildiyini, Cihadçı Conun ABŞ pilotsuz təyyarəsinin endirdiyi zərbə nəticəsində öldürüldüyün deyib. Hədəf Rakka şəhərində vurulub.
Pentaqonda bildiriblər ki,  məşhur başkəsənin öldürüldüyündən 100% əmindirlər. Onu hədəf seçən pilotsuz təyyarə gün boyu izləyib, nəhayət avtomobilə oturduqda zərbə endirib.
Cihadçı Con 2014-cü ilin avqustunda amerikalı jurnalist Ceyms Foulinin edamından sonra populyarlaşmışdı.
Şərh