Header ad

İsa Qəmbər soruşur:

“Noyabrın 15-də Türkiyənin Antalya şəhərində G20 sammiti başlayacaq. Gerçək strateji müttəfiqimiz Türkiyə ev sahibi statusundan yararlanaraq dünyanın iqtisadi baxımdan ən qüdrətli ölkələrinin G20 adlı bu önəmli zirvəsinə Azərbaycanı dəvət edib. Bu sammitdə iştirak Azərbaycan üçün böyük bir fürsətdir. Azərbaycan hakimiyyəti bu önəmli toplantıya nə ilə getməlidir və nə ilə gedir?”
Arqument.Az xəbər verir ki, bunu Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər bildirib.
O bildirib ki, Milli Strateji Düşüncə Mərkəzi öz mülahizələrini cəmiyyətə təqdim etmək və fikir mübadiləsi aparmaq üçün bu mövzuda Dəyirmi Masa keçirəcək: “Tədbir Müsavat partiyasının qərargahında 12 noyabrda saat 15-də başlayacaq. Media nümayəndələri və maraqlananlar dəvətlidir. Sözü olanları gəlib çıxış etməyə, sözü (hələlik) olmayanları gəlib qulaq asmağa çağırıram”.
Şərh