Header ad

İnternetin kəsilməsində şok iddia

Bu gün saat 14:30-dan etibarən Azərbaycanın əksər internet provayderlərinin fəaliyyəti dayanıb. Ölkənin bank sistemi, media məkanı, hətta hava limanının fəaliyyəti iflic olub. Kənd rayonlarında internet ümumiyyətlə mövcud deyil.
Rabitə nazirliyinin nəzdində fəaliyyət göstərən “Bakinternet” və nazirliyin himayəsi altında olan digər provayderlər problemin səbəbini “texniki yenilənmə” ilə izah edirlər. Amma bu yenilənmənin nədən ibarət olduğunu izah etmirlər. Rabitə nazirliyinin nəzarətindən kənar olan provayderlər öz fəaliyyətini qismən bərpa edə biliblər.
“Yeni Müsavat” xəbər verir ki, internetin kəsilməsinə səbəb Azərbaycana internet verən DELTA Telecom-un datacenter-ində baş verən yanğındır. Server otağında olan yanğına görə bu problem yaranıb. Bu barədə hadisə yerində olan yanğınsöndürənlər məlumat verib. Yanğının baş verməsi barədə yayılan xəbərlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmiləri tərəfindən təsdiqlənib.
Qeyd olunur ki, yanan serverlərin təzələnməsi bir neçə gün çəkəcək. Ehtimal var ki, bir neçə gün Azərbaycan ərazisində internet zəif və çox zəif olacaq.
Lakin “Basta”nın əldə etdiyi təsdiqlənməmiş məlumata görə, problemin kökündə Əliyev ailəsinin telefon danişıqlarının dinlənilməsi üzə çıxdıqdan sonra, rabitə strukturunda avadanlığın dəyişdirilməsi dayanır. İddia edilir ki, yeni avadanliq vasitəsilə prezidentin və onun ailə üzvlərinin telefon danışıqlarını və internet yazışmalarını izləmək mümkün olmayacaq. Xatırladaq ki, milli təhlükəsizlik naziri Eldar Mahmudovun və rabitə naziri Əli Abbasovun vəzifədən çıxarılması hakim ailənin telefon danışıqlarının dinlənilməsi və xarici kəşfiyyat orqanlarına ötürülməsi ilə izah edilir.
bastainfo.com
Şərh