Header ad

İnternetin kəsilmə səbəbi “MTN işi”ylə bağlı idi (ARAŞDIRMA)

Son iki gündə ölkənin bütün internetinin deaktiv vəziyyətə düşməsi bir çox nüansları özündə əks etdirdi. Onlayn mediya və elektron sahədə fəaliyyət göstərən bir çox qurumlar ciddi şəkildə zərbə aldı. Rəsmi verilən məlumata görə, internetin kəsilməsinin səbəbi “Delta Telecom”da olan yanğın kimi bildirildi. Nazir Əli Abbasovun vəzifədən kənarlaşdırılmasından və onun bir çox kadrlarının “MTN işi”nə görə həbs edilməsindən həmən sonra internetin olmaması məsələnin mahiyyətinin yalnız “yanğın” faktoru ilə bağlı olmasında elə də inandırıcı görünmür.

İlk öncə onu deyə bilərik ki, Azərbaycanı internetlə təmin edən şirkət “Delta Telecom” demək olar ki, bazarda təkdir. Həm də nə az , nə çox, düz 15 ildir ! 2000-ci ildən bu günə kimi “Delta telecom” bazarda açıq-aydın inhisarçılıqla fəaliyyət göstərir. Məhz ölkədə akternativ digər bir şəbəkə olmadığından adicə bir “yanğın” hadisəsi ölkənin internet şəbəkəsini yarım sutkalıq da olsa qaranlığa çökdürdü. Şirkətin rəsmi saytına baxdıqda görürük ki, “Delta Telecom” Rabitə Nazirliyinin çox zaman mükafatlarına layiq görülən yeganə net satıcısıdır. Buradan gəldiyimiz nəticə odur ki, Azərbaycanda internet MONOPOLİYA-dadır. Yəni, sabah bu “DELTA Telecom” qapını qıfıllayıb getsə, ya hər hansı bir daha güclü yanğın hadisəsi olsa, Azərbaycan yenə də internetsiz qalacaqdır. Hər ay bu internetə görə öncədən vətəndaş ödəniş eləyir, ancaq, ani bir anda o günlərcə internetsiz qalır.
Nəyə görə alternativ provayderlər yaradılmır?

İndi isə gəlin son hadisələri analiz edək. Doğrudanmı səbəb yanğın idi ?

Adi, kiçik bir yanğın hadisəsinə FHN söndürdüyü zamanı bunu az qala bütün TV-lərdə nümayiş etdirirlər. Lakin, o boyda “Delta Telecom”da olan yanğınla bağlı nə bir video, nə də bir foto hadisə yerindən çəkilib paylaşılmadı. Səbəb nə idi ?

delta_300

“DELTA Telecom”un rəsmi internet səhifəsində apardığımız araşdırmadan bəlli oldu ki, bu şirkət qapalı çərçivələrdə fəaliyyətə üstünlük verir. Mediya və ictimaiyyətlə əlaqələrə maraqlı şirkət deyil. Şirkətin saytında dirketor haqqında çox kiçik məlumat yerləşdirilibdir.  ( buradan baxa bilərsiniz )

“DELTA Telecom”un direktoru Vəliyev Ramazan Əli oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 1 Dekabr 2011-ci ildə rabitə və informasiya texnologiyaları sahəsində xidmətlərinə görə “Əməkdar mühəndis” fəxri adı alıb. (sıyahı burada)

Burada incə nüans odur ki, Əli Vəliyevlə bərabər digər “Əməkdar mühəndis” olanların yarısı hal-hazırda “MTN işi”nə görə həbsdə və ya ev dustaqlığında, yarısı isə dövlətə qarşı gizli əməliyyatlarla adı Eldar Mahmudovla əməkdaşlıqla hallanır. Siyahıda bir neçə ada baxaq:

Bəybalayev Qəmbər Bəylər oğlu – “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev barəsində 3 Noyabr tarixində həbs qətimkan tədbiri seçilib. Məlumatı “Trend” yayıb. Məlumatda deyilir ki, Qəmbər Bəybalayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Hüseynov Beytulla İbrahim oğlu – Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sədriliyindən bu günlərdə qovulan nazir Əli Abbasov tərəfindən işdən azad olunmuşdu. Məlumata görə Eldar Mahmudov nazir təyin olunandan sonra vəzifəyə gətirdiyi Beytulla Hüseynov işlədiyi dövrdə bir sıra qanunsuzluqların baş verməsində, özbaşına fəliyyətdə, özündən yüksək vəzifəlilərə tabe olmamaqda və MTN-dəki cinayətkar şəbəkənin fəaliyyəti üçün şərait yaratmaqda ittiham olunur

Məmmədov Məhəmməd Əsgər oğlu – Cəmi 2 gün öncə «Aztelekom» MMC-nin baş direktoru Məhəmməd Məmmədov də saxlanılıb.
APA yazır ki, M.Məmmədov barəsində noyabrın 16-sı axşam saatlarında Səbail rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
M.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

ramazanvleiyev
                       Ramazan Vəliyev

Yuxarıda sadalanan adlar sırasında “DELTA Telecom”un direktoru Ramazan Vəliyev ən xırda fiqurlardan biridir. Ona görə də hakimiyyət hal-hazırda bu məmur həbsləri fonunda bu kiçik balığı da tutmaq istəmədi. Bu həm də hakimiyyətin sistem çürüklüyü haqqında söz-söhbətləri daha da qabarda bilərdi. Monopoliyada olması azmış kimi, üstəlik onun direktorunun da həbsi hakimiyyətin kadr seçimlərində nə qədər istedadsız bir strategiyaya sahib olduğunu göstərəcəkdi.

Məhz buna görə də hakim qüvvələr “DELTA Telecom” rəhbərini mədəni yolla “başa salmağa” çalışdılar.

Hakimiyyət yanğın vasitəsiylə bu mesajı ötürdü:

“İsətəsək səni də həbs edərik, sadəcə sən həbs ediləcək qədər ağır və ciddi rank olmadığın üçün sənə bunu da yaraşdırmırıq. Ancaq, istəsək kiçik bir yanğınla səni elə kreslenda internetinlə birlikdə deaktiv edə bilərik”

Bəs bundan sonra nə olacaq ?

İlkin addım olaraq Ramazan Vəliyevi Azərbaycanın güc strukturlarına xas olan, sadə üsulla «verbovka» edilməyə cəhd olunacaqdır. Əgər cənab Vəliyev, yeni şərtlərə uyğun olmasa, bu yaxın zamanlarda onun işdən azad olunması və ya internet bazarında onun “deltasının” qarşısını kəsəcək alternativ bir provayder yaradılması gözlənilir.

 

Müəllif: Azər Bayramov
17.11.2015

Şərh