Header ad

“Hizmət” Hərəkatına bağlı olan nəşriyyatda axtarış aparılır

Türkiyənin “Fəza Qəzetçilik” şirkətinin binasında axtarış başlayıb. Netxeber.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İstanbulun Bakırköy məhkəməsi “Özgür Bugün” qəzetinin çap olunduğu iddiası ilə şirkətin nəşriyyatında axtarış aparılması barədə qərar qəbul edib.

Axtarış tələbi ilə Bakırköy prokurorluğu çıxış edib. Prokurorluq hesab edir ki, müvəqqəti idarəetməyə verilən “Bugün” qəzeti ilə eyni loqoya sahib olan və yalnlz “Özgür” sözü əlavə edilən qəzet “Fəza Qəzetçilik” nəşriyyatında çap edilir. Nəşriyatda dəlillərin toplanması məqsədilə prokurorluq axtarış tələbi irəli sürüb.

Qeyd olunan nəşriyyat və KİV-lər “Hizmet” Hərəkatının lideri Fətullah Gülənə yaxın hesab edilir.

Bir zamanlar Ərdoğan iqtidarı ilə yaxın olan “Hizmet” herekatı son iki ildə AKP-nin təqibi ilə üzləşib. 17-25 dekabr 2013-cü il hadisələrindən sonra tərəflərin arası pozulub və düşmən bir münasibət formalaşıb.

Hazırda AKP iqtidarı tərəfindən “Hizmet” Hərəkatına və Fətullah Gülənə yaxın olan bir sıra qəzetçilər həbsə alınıb, qəzetlər bağlanıb. Maarifçi hərəkat kimi də tanınan “Hizmet” Hərəkatına məxsus məşhur məktəblər və dərsxanalar (hazırlıq kursları) da təzyiq altındadır və ciddi problemlər yaşayır.

Şərh