Header ad

Gürcüstan əhalisinin sayı 15% azalıb

Gürcüstan əhalisinin sayı 2017-ci ilin birinci yarısında xeyli azalıb. Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, hazırda Gürcüstan əhalisi 3 milyon 718 min 200 nəfərdir. Bu da 2002-ci ilin eyni dövrü ilə müqayisədə 15 faiz azdır.

Ekspertlərin fikrincə bu əsasən üç amil – ölüm sayının artması, doğuşların azalması və əhalinin miqrasiyası ilə bağlıdır.

Statistika xidmətinin məlumatına görə, 2017-ci ilin birinci yarısında ölüm halları doğuş faktından 1,6 faiz çoxdur. Belə ki, cari ilin birinci yarısında 25,9 min ölüm, 25,5 min doğum faktı qeydə alınıb.

Ən çox ölüm faktı Gürcüstanın yüksək dağlıq bölgələrində qeydə alınıb.

Şərh