Header ad

Günah səndə deyil Rövnəq Abdullayev..

Rövnəq Abdullayevin ermenilərə dəstəyi: «Biz Gürcüstanda olan 440-a yaxın kilsə, məbəd və məscidlərə pulsuz qaz verməyə başladıq. Həmçinin erməni kilsələrini də, qazla təmin edirik. Allah yolunda. Bizim erməni kilsəsi ilə heç bir düşmənçiliyimiz yoxdur». «Report» xəbər verir ki, bunu ANS-ə müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

SOCAR prezidentinin sözlərinə görə, bu addım Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən atılıb: «Bilirsiniz ki, cənab prezidentin sərəncamı ilə bütün dini məbədlər qazla pulsuz təmin olunur. Bizdə bütün dini məbədlər qazla təmin olunur. Eyni zamanda, dövlət başçısı Gürcüstanda yaşayan azərbaycanlıları da düşünərək, bu ölkədəki dini məbədlərin də qazla pulsuz təmin olunmasına göstəriş verdi. Prezident istəyir ki, Azərbaycanda olan tolerantlıq Gürcüstanda da olsun. Əgər dini tolerantlıq olarsa, bizim soydaşlarımıza orda yaşamaq daha rahat olar. Ona görə də, biz Gürcüstanda olan 440-a yaxın kilsə, məbəd və məscidlərə pulsuz qaz verməyə başladıq. Həmçinin erməni kilsələrini də, qazla təmin edirik. Allah yolunda. Bizim problemimiz Ermənistan hökumətinin başında duran bəzi insanlarladır. İndi görürsünüz ki, orada nə qədər narazılıqlar var. Xalqın günahı yoxdur ki. Azərbaycanın tolerant xalq olduğunu cənab prezident bir daha sübut etdi». Günah səndə deyil Rövnəq Abdullayev.

AAMBŞ üzvü Cavid İldırım

www.azereurotimes.com

Şərh