Header ad

Fransada terror aktının qarşısı alınıb

Fransa polisi Hərbi-Dəniz Qüvvələrinin Tulonda yerləşən ən iri bazasında terror aktının qarşısı alıb. Bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Məlumata görə, polis əməkdaşları Suriyadakı İŞİD terror qruplaşması ilə əlaqəli olan və hərbi bazada terror aktı törətməyi planlaşdıran 25 yaşlı şəxsi saxlayıblar. Saxlanılan şəxs 2014-cü ildə iki dəfə terrorçulara qoşulmaq üçün Suriyaya getməyə cəhd etdikdən sonra ölkənin kəşfiyyat qurumlarının nəzarətinə götürülüb.

Gəncin oktyabrda saxlanıldığı, noyabrın 2-də isə ona qarşı ittiham irəli sürüldüyü bildirilir.

Dindirilmə zamanı saxlanılan şəxs Suriyada İŞİD sıralarında döyüşən fransalı silahlı ilə daim təmasda olduğunu etiraf edib. Məhz həmin terrorçu onu Fransada terror aktları törətməyə sövq edib. Saxlanılan şəxs Fransa Hərbi-Dəniz Qüvvələrinin Tulonda yerləşən ən iri bazasında terror aktı törətməyi planlaşdırdığını etiraf edib.

Şərh