Header ad

FRANSA QIRICILARI İŞİD MÖVQELƏRINI BOMBALAYIB

Fransaya məxsus qırıcı təyyarələr İraq Şam İslam Dövləti (İŞİD) terrorçu təşkilatının Rakkadakı mövqelərini bombalayıb.

“Report” RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, Fransa Müdafiə Nazirliyinə aid 10 qırıcı təyyarə İŞİD-in qalası sayılan Rakkadakı hədəflərə 20-yə yaxın hava zərbəsi endirib.

Xatırladaq ki, noyabrın 13-də Parisdə eyni zamanda törədilən bir neçə terror aktı nəticəsində 132 nəfər həlak olub. İŞİD terror aktlarının məsuliyyətini öz üzərinə götürüb.

Şərh