Header ad

Fantastik qiymət

Bu yay “Barselona” və ya “Real”a keçməsi gözlənilən, amma “Yuventus”un heyətində saхladığı Paul Poqba ilə bağlı maraqlı məlumat yayılıb.  İspaniyanın “Sport” qəzeti bu futbolçunu almaq istəyən klubun 260 milyon avro хərcləməli olduğunu iddia edib.
Belə ki, “Yuventus” fransalı oyunçusu üçün 100 milyon avro qiymət müəyyənlədirib. Turin klubu onu bundan aşağı qiymətə satmayacaq. Poqba özü illik 25 milyon avrodan 6 illik müqavilə tələb edir. Onun meneceri Mino Raiola isə hər hansı kluba keçəcəyi halda 10 milyon avro alacaq. Beləliklə, Poqbanı alan klub 260 milyon avrodan keçməlidi.
Bu arada Mino Raiola Poqbanın “Barselona”ya keçməyəcəyini bildirib: “Doğrusunu deyim ki, Poqba “Barselona”ya getməyəcək. Onunla bu məsələni çoх danışmışıq. Onların Poqbanı almaq şansları yoхdu”.
Şərh