Header ad

Elza Seyidcahan şikayətindən imtina edib

Noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd olmuş müğənni Elza Qasımova (Seyidcahan) seçkilərlə bağlı şikayətindən imtina edib.

Bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bildirilib.

E.Seyidcahan bu gün yazılı ərizə ilə MSK-ya müraciət edərək şikayətini geri götürüb. O, MSK rəhbərliyinə onun şikayətlərinə obyektiv yanaşdığı üçün təşəkkürünü bildirib.

Şərh