Header ad

Elgiz Sadıqov ev dustaqlığına buraxılıb

7 ay sürən məhkəmə prosesi sonuclandı

Siyasi mühacir Tural Sadıqlının qardaşı Elgiz Sadıqov Sabunçu rayon Məhkəməsinin qərarı ilə 2 il şərti cəza alıb. Bu barədə Meydan TV-yə mühacirin özü məlumat verib. Onun sözlərinə görə, 7 ay sürən məhkəmə prosesindən sonra hakim qərar qəbul edib.

Elgiz Sadıqov fevralın 13-də 1.5 kq marixuana saxlama ittihamı ilə saxlanılmışdı. Barəsində iki aylıq həbs qərarı seçilmışdı. Həbsdən apellyasiya şikayəti verilib və o, fevralın 20-də ev dustaqlığına buraxılıb. Ailəsi hesab edir ki, Elgiz Sadıqovun həbsinin əsl səbəbi Tural Sadıqlının Avropadakı fəaliyyətidir.

Şərh