Header ad

Eldar Mahmudovun generalı ilə şərik gizli mətbəəsi varmış…

Sabiq milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudovun gizli mətbəəbsi üzə çıxıb. Criminal.az-ın məlumatına görə, müxtəlif çap və poliqrafiya işləri həyata keçirən “İndigo” MMC-ni Eldar Mahmudov öz işçisi, MTN-ın hərbi əks-kəşfiyyat idarəsinin rəisi general-mayor Nizami Şirinovla şərik işlədirmiş.

Bakıda Məcidova küçəsi 46/44 ünvanında yerləşən şirkətin istehsalı olan qiymətli stolustu saatlı təqvimlər, divar təqvimləri, bahalı qələmlər istehsal edir, hətta nazirliyin yüksək vəzifəli şəxslərinə hədiyyə edilirmiş.

Eldar Mahmodova yaxınlığı ilə seçilən N.Şirinovun peşəkarları qaralamaqla MTN-də işdən uzaqlaşdırılmasında xüsusi ”əməyi” olduğu deyilir.
N.Şirinov əvvəllər Xüsusi idarədə işləyib. Xüsusi İdarənin keçmiş rəisi, general Elman Qmbərovə tərəfindən 1997-ci ildə işdən çıxarılıb. Sonradan E.Mahmudov polis sistemində işləyərkən N.Şirinovla ”İndigo” şirkətini yaradırlar. Mahmudov 2004-cü ildə nazir olan kimi N.Şirinovu idarə rəisi təyin edir.
N.Şironov idarə rəisi olduqdan sonra 70-dən artıq peşəkar kadrı müxtəlif qanunsuz yollarla işdən uzaqlaşdırılmasına nail olub. Özü isə E.Mahmudov postundan gedəndən sonra vəzifəsini itirib. Həta onun istintaqa cəlb edildiyi də deyilir.

Şərh