Header ad

Dünyanın ən xoşbəxt ölkələri

Birləşmiş Millətlər Təşkilatının açıqladığı hesabatda 158 ölkənin adı yer alıb.
Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyanın ən xoşbəxt ölkələrinin reytinqini açıqlanıb.

Reytinq hazırlanarkən adam başına düşən ümumi daxili məhsul, korrupsiya səviyyəsi və azadlıqlar kimi məlumatlara əsaslanaraq hazırlanan siyahıda ilk pilləni İsveçrə tutub. İsveçrəni az bir fərqlə İslandiya, Danimarka, Norveç və Kanada izləyir.

Siyahıda ABŞ 15-ci, İngiltərə 21-ci, Fransa isə 29-cu sırada özünə yer tapıb. Dünyanın ən “bədbəxt” ölkələri isə Toqo, Burundi, Suriya, Benin və Ruandadır.

158 ölkənin adının yer aldığı siyahıda Türkiyə 76-cı,Azərbaycan 80 ə-ci sırada qərarlaşıblar.Hesabat 2012-2014-cü illər arasındakı məlumatları əhatə edir.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatında dünyanın ən xoşbəxt ölkələrinin reytinq cədvəlini alimlər, hökumət və özəl sektor nümayəndələrindən ibarət bir qrup müəyyənləşdirir.

Şərh