Header ad

Dünya iqtisadiyyatı üçün 2 böyük risk – “2016 çətin il olacaq”

Credit Suisse 2016-cı ilinQlobal Görünüş hesabatında dünya iqtisadiyyatını ən çox təhdid edən ünsürlərə diqqət çəkib.

Credit Suisse iqtisadçı və strateqlərin dünyadakı iqtisadi inkişafa və ən yaxşı investisiya seçimlərinə bağlı dəyərləndirmələrinin yer aldığı, həmçinin dünya iqtisadiyyatını yerindən oynadacaq ünsürlərin olduğu 2016-cı il üçün Qlobal Görünüş hesabatını yayımlayıb.

Hesabatın “Fed Oyanır” başlığı altında verilməsi Amerika Mərkəzi Bankının qlobal iqtisadiyyat üçün potensial olaraq aşağı istiqamətli risklərin mənbəyi  ola bilməsinə işarə edir. Kredit Suisseyə görə, Çində investisiyaların azalması və ABŞ-da baza inflyasiyasının dəyişməsi qlobal iqtisadiyyat üçün daha böyük risklərə malikdir.

Hesabatda Çində siyasətçilər üçün əsas çətinliklərdən olan investisiya xərclərinin azalmasının qlobal iqtisadiyyata təsir ehtimalının olduğu da bildirilib. İqtisadçı Sviney Çinin sərmayə xərclərinin ABŞ-ın istehlak xərclərindən daha çox olduğunu qeyd edib. Lakin bu vəziyyətin qlobal iqtisadiyyatın əsası olaraq Çin investisiyalarının ABŞ istehlakçılarının yerinə keçdiyi mənasına gəlmədiyini də vurğulayıb.

Heasbatda “Bizi narahat edən digər riskin inkişaf etmiş ölkələrdə, xüsusilə ABŞ-da baza inflyasiyasının daha da yüksəlmə meylidir” ifadələri işlədilib. Həmçinin,  bazarların belə bir inflyasiyanı qiymətləndirməyə hazır olmadıqları bildirilib.  Bazarlar FED-in faizləri artıracağı proqnozunu verdiyi üçün inflyasiyada yuxarı istiqamətli bir sürprizin iqtisadi aktivlik üzərində təsirinin  davamlı olacağı və təhvil faizlərinin yuxarı olacağı qeyd olunub. Hesabatda “Sonra isə bazardakı dalğalanma iqtisadi riskləri artıra bilər” fikri də ifadə edilib.

(marja)

Şərh