Header ad

“Çelsi” Mourinho ilə bağlı qərar verdi

Çelsi” klubunun rəhbərliyi baş məşqçisi Jose Mourinho ilə bağlı yekun qərar verib.

Goal.com saytının məlumatına görə, klub onunla əməkdaşlığı davam etmək qərarına gəlib.

Bu mövsümdə uğursuz çıxışa baxmayaraq, klubun prezidenti Roman Abromovich Mourinhoya şans verib.

Məlumatlara görə, Pep Guardiola və Diego Simeone öz klublarından ayrılmaq istəmədikləri üçün rəhbərlik Mourinhonu saxlamaq qərarına gəlib.

Qeyd edək ki, “Çelsi” ölkə çempionatında 12 turdan sonra 11 xalla 16-cı yerdədir.

Şərh