Header ad

BMT İşgəncələr Əleyhinə Komitə Azərbaycanda vəziyyəti müzakirə edəcək

BMT Bakı ofisindən Turan-a bildirilib ki, Azərbaycan İşgəncələr Əleyhinə Konvensiyanı ratifikasiya edən 158 ölkədən biridir. Bu səbəbdən Azərbaycan 10 müstəqil ekspert qarşısında müntəzəm hesabat verməlidir.

BMT Komitəsində Azərbaycan nümayəndə heyətilə görüş noyabrın 11-də saat 10:00-dan 13:00-dək (Bakı vaxtı ilə 13:00-dan 16:00-dək) və noyabrın  12-də 15:00-dan 18:00-dək, dekabrın  9-da 12:30-da olacaq.

Komitə sessiyanın yekunlarına dair mətbuat konfransı keçirməyi planlaşdırır. Azərbaycanla yanaşı Lixtenşteyn, Avstriya, Danimakra, Çin və İordaniya ilə yekun müzakirələr aparılacaq.

Qeyd edək ki, bundan öncə   Human Rights Watch BMT-yə memorandum təqdim edərək Bakıdan repressiyalara son qoyulmasını, Leyla və Arif Yunuslar, İntiqam Əliyev, İlqar Məmmədov və digər siyasi məhbusların azadlığa buraxılmasını, QHT-lərin bank hesablarından həbslərin götürülməsini tələb etməyə çağırıb.

Şərh