Header ad

Belçikada məscidlər bağlana bilər

Belçika hakimiyyəti radikal moizəçilərin gənclərə təsirinin qarşısını almaq məqsədilə ölkədə bir sıra məscidlərin bağlanması məsələsinə baxır. Novator.az xəbər verir ki, Belçikanın baş naziri Şarl Mişel RTL telekanalına açıqlamasında belə deyib.
Baş nazir xatırladıb ki, noyabrın 13-də Fransa paytaxtında (Parisdə) törədilən terror aktlarına hazırlıq prosesinin Belçika paytaxtında (Brüsseldə) aparıldığı haqda iddialar ortaya çıxıb. Ona görə də Belçika hakimiyyəti Brüsselin həmin problemli rayonlarında hərəkətə keçməyi planlaşdırır. İlkin araşdırma göstərib ki, Parisdə terror törədən kamikadzelərdən ikisi Brüsseldə və Brüssel ətrafındakı Molenbek ərazisində yaşayırmış. Molenbekin daha bir sakinini isə Fransa hakimiyyəti axtarışa verib.
Molenbekdə və digər ərazilərdə daha ciddi tədbirlərin görülməsi üçün təhlükəsizlik orqanlarına tapşırıq verdiyini deyən Belçikanın baş naziri Şarl Mişel “bu, bir sıra məscidlərin bağlanacağı deməkdirmi” sualını belə cavablandırıb: “Əlbəttə. Bu, variantlardan biridir. Nifrət aşılayan moizəçilərlə mübarizə aparmaq, insanları onlardan qorumaq lazımdır”.
Noyabrın 13-ü axşam Parisin bir neçə küçəsində ard-arda terror aktları törədilib. Son məlumata görə, partlayışlarda 129 adam həlak olub, 300-ə yaxın adam yaralanıb.
Şərh