Header ad

“Barselona” və “Real” Premyer Liqanı qazana bilməz”

“Barselona”nın müdafiəçisi Gerard Pique maraqlı fikirləri ilə diqqət çəkib.
Qol.Az-ın “The Daily Telegraph”a istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu İspaniya La Liqası ilə İngiltərə Premyer Liqasını müqayisə edib.
Pike bildirib ki, “Barselona” və “Real” İngiltərə Premyer Liqasını qazana bilməz: “Barselona” və “Real” bir mövsüm İngiltərə Premyer Liqasında oynasa, bu komandadan heç biri çempionatın qalibi ola bilməz. Ən azından mən belə düşünürəm. Çünki “Stok Siti” və digər klublarla mübarizə aparmaq çox çətin olar. Bu sözlərim İngiltərə klublarına da aiddir. Məsələn, “Çelsi” və “Mançester Yunayted” klubları da İngiltərə Premyer Liqasında olduğu kimi La Liqada uğur qazana bilməzlər”.
Şərh