Header ad

Bakıda dəhşətli intihar

O,özünü uşaq otağındakı kondisionerin naqilindən asıb

Bakıda azyaşlı intihar edib. Bu barədə hüquq-mühafizə orqanlarından ANS PRESS-ə məlumat verilib. Məlumatda deyilir ki, 2006-cı il təvəllüdlü Pərixanım Böyükağa qızı Məmmədova özünü yaşadığı Səbail rayonu, Badamdar Qəsəbəsi, Tofiq Məmmədov küçəsində yerləşən evinin uşaq otağındakı kondisionerin naqilindən asıb. Onun asılmış meyitini ailə üzvləri aşkarlayaraq hüquq-mühafizə orqanlarına məlumat veriblər.
9 yaşlı qızın hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
Şərh