Header ad

“Azadlıq-2015” siyasi partiyalar bloku buraxıldı

Bu gün “Azadlıq- 2015” siyasi partiyalar  seçki  bloku səlahiyyətli nümayəndələrinin və bloka daxil olan siyasi partiya sədrlərinin iclası keçirilib.
Musavat.com xəbər verir ki, səlahiyyətli nümayəndələrin  iclası qanunvericiliyə müvafiq olaraq “Azadlıq – 2015” siyasi partiyalar seçki blokunun fəaliyyətinə xitam verib.
“Azadlıq – 2015” seçki blokuna daxil olan siyasi partiya sədrlərinin toplantısında siyasi partiyaların yetkili orqanlarında başqa qərar qəbul edilənə qədər KXCP, BAP, VİP, Azadlıq, Aydınlar, ALDP və AXP- nin eyni adlı siyasi partiyalar bloku şəklində əməkdaşlıqlarını davam etdirmək haqqında razılığa gəliblər.
Musavat.com 
Şərh