Header ad

Azərbaycanın xarici dövlət borcu AÇIQLANDI

1 oktyabr 2015-ci il tarixinə Azərbaycan xarici dövlət borcu 6 milyard 730,9 milyon ABŞ dolları (7 milyard 54 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 12,4% təşkil edib. Bu barədə fins.az Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, borc statistikasına hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Borc vəsaitlərinin 8,0%-i 10 ilə qədər, 58,6%-i 10 ildən 20 ilə qədər, 33,4%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub. Xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi belədir: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 9,4%, valyutalar üzrə isə ABŞ dolları ilə – 66,0%, avro – 20,3%, yapon yeni – 2,6%, İslam dinarı – 0,6%, BƏƏ dirhəmi – 0,5%, Səudiyyə rialı – 0,4%, Küveyt dinarı – 0,2%.

Bu vəsaitlər əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilib. Verilmiş borclar iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə istifadə edilib.

Şərh