Header ad

Azərbaycan kino günləri

Noyabrın 20-dən etibarən Azərbaycan kino günlərinə start verilir.

AZƏRTAC xəbər verir ki, bütün kinoteatrlarda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Axınla aşağı”, “Nabat”, “Dərs” və “Yarımçıq xatirələr” filmləri nümayiş olunacaq.

“Axınla aşağı” filmi idmançı gənclərin həyatı fonunda cərəyan edən psixoloji ailə dramıdır. “Nabat” Qarabağ müharibəsindən bəhs edən, amma döyüş səhnələrinin, ölüm-itimin olmadığı ekran əsəridir. Müharibə filmin kadr arxasındadır. Müharibə haqqında danışılmasa da, tamaşaçı onu daxilən hər kadrda hiss edir. “Dərs” bədii filmi məktəb həyatından, yeniyetmə məktəbli uşaqların qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edir. “Yarımçıq xatirələr” isə Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Dağlıq Qarabağı erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyini əks etdirir.

Şərh