Header ad

“ASAN xidmət”də növbəti lisenziyalar verildi

İqtisadiyyat və Sənaye Nazirliyi 5 saylı “ASAN xidmət” mərkəzində sahibkarlara növbəti lisenziyalar təqdim edib.

Nazirliyin məlumatına görə, lisenziyalar nəqliyyat vasitələri ilə ölkədaxili və beynəlxalq yük daşımaları, əczaçılıq fəaliyyəti, etil spirti və alkoqollu içkilərin satışı, şəhərlərar və rayonlararası daimi sərnişin daşımaları sahələrində fəaliyyət göstərən sahibkarlara verilib.

Nazirlik yaxın vaxtlarda digər lisenziyaların verilməsini planlaşdırır.

Şərh