Header ad

“Arif Yunus o şərtlə azadlığa çıxdı ki…” – Vəkili

Həbsdə olan tanınmış hüquq müdafiəçisi Arif Yunus bu gün azadlığa buraxılıb.

Bu barədə məlumatı AzNews.az-a onun vəkili Elçin Sadıqov deyib.

O bildirib ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Arif Yunus barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək qəti imkan tədbiri ilə əvəz olunub: “Arif Yunus artıq azadlığa buraxılıb. Hətta bu barədə iltizama da qol çəkdik. Arif Yunus o şərtlə azadlığa buraxıldı ki, Bakı şəhərindən kənara çıxmasın”.

Vəkil hazırda Arif Yunusun qan təzyiqi xəstəliyindən əziyyət çəkdiyini deyib: “Onun xəstəliyi ilə bağlı verdiyimiz arayışda da təzyiqinin stabilləşdirməyin mümkün olmadığını qeyd eləmişdik. Ona görə də onun həbsdən azad olunmağı tövsiyə olunmuşdu”.

Qeyd edək ki, A.Yunus ötən ilin avqustunda saxlanılıb. Bu ilin avqust ayının 15-də isə Arif Yunus barəsində 7 illik həbs qərarı çıxarılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq) maddələri ilə ittiham olunub.

Şərh