Header ad

Helmut Schmidt vəfat etdi

Almaniyanın sabiq kansleri Helmut Schmidt 97 yaşında Hamburqda vəfat edib.  Bu barədə “DPA” agentliyi məlumat yayıb.

Almaniyanın beşinci kansleri olmuş Helmut Schmidt 1974-cü ildən 1982-ci ilədək hakimiyyətdə olub.

Onun hakimiyyəti dövründə Almaniya neft böhranları, 70-ci illərin kəskin işsizliyi, 1977-ci ilin “alman payızı” – “Qızıl Ordu Fraksiyası” (Rote Armee Fraktion ) ekstremist hərəkatının terroru və s. kimi bir çox çağırışlarla mübarizə aparıb.

Şərh