Header ad

4 Region” MMQ – Namizədlərin qeydə alınması ilə bağlı bəyənat verdi

“4 Region” Müstəqil Müşahidəçilər Qrupu : 12 Sentyabr – 2 Oktyabr tarixləri arasında Bakı, Şəki, Gəncə və Lənkəran bölgələrində prosesləri izləyiblər. Təşkilat rəsmi saytında 9 Oktyabr tarixində namizədlərin qeydə alınması prosesi haqqında ilkin hesabatını ictimaiyyətə açıqlayıbdır.
Hesabatda bildirilir ki, namizədlərin qeydə alınma prosesində qanun pozuntuları ilə yanaşı yerli icra hakmiyyətləri tərəfindən də namizəd olmaq istəyən şəxslərə ayrı-ayrılıqda qeyri-bərabər şərait yaradılmış, onların imza toplama gedişatına bilavasitə və dolayı yolla müdaxilələr olunmuşdur. DSK-lar isə namizədlərin qeydə alınması üçün qanunun tələblərindən kənara çıxaraq öz fəaliyyətlərində nizamsız şəkildə seçki prosesinə zərbə vurmuşlar.
Namizədliyə iddialarını açıqlayan şəxslərin xeyirinə imza verən yerli sakinlərə icra nümayəndələri vasitəsiylə hədə və təzyiqlər olmuş, öz imzalarından imtina etmələri üçün məcbur olunmuşlar.
Təəssüflə qeyd etməliyik ki, xüsusən gənclər təşkilatları və müstəqil gənclərə qarşı bu nüanslar daha qabarıq halda özünü biruzə vermişdir.
Nəticədə isə namizədliyini irəli sürmüş şəxsin seçici imzalarının əksəriyyətini “etibarsız” elan edərək, onların qeydə alınmadığı haqda əsassız və qanunsuz qərar qəbul ediblər.
“4 Region” MMQ-nun könüllüləri tərəfindən aparılan müşahidələr nəticəsindən bu kimi halların əksəriyyətinin rayon və kənd bölgələrində total olaraq baş verdiyini aşkarlanmışdır.
Təşkilat Azərbaycan hakimiyyətini qanunun aliliyinə hörmət nümayiş etdirərək fiziki və mənəvi təzyiqlərə məruz qalmış namizədliyini irəli sürmüş şəxslərin pozulmuş hüquqlarının müdafiəsinə, bu qanunsuzluqda iştirak edən DSK və icra nümayəndlərinin cəzalandırıb, məsuliyyətə cəlb etməyə çağırır.

Şərh